Türk Hava Yolları Meksikoya aviareyslərə başladı

Dünyanın ən çox ölkəsinə uçan hava yolu şirkəti Türk Hava Yolları (THY), Latın Amerikasının ikinci böyük şəhəri və Meksikanın paytaxtı Mexiko Sitiyə (Mexico City) və Orta Amerikanın ən çox üstünlük verilən turizm mərkəzlərindən Cancuna aviareyslərə başlayıb.
“YeniMedia” xəbər verir ki, reyslər İstanbuldan həftədə 3 gün icra ediləcək.

Yeni açılacaq xətlərlə birlikdə THY Orta Amerikanın ən böyük ölkəsi Meksikanı uçuş şəbəkəsinə əlavə edərək, İstanbul Hava Limanından daha geniş bir coğrafiyaya əlaqə imkanı təqdim edəcək.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *