“İnternetdə arxeoloji turizmin təbliği zəifdir”

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsini həyata keçirir. Layihə çərçivəsində bir sıra tədbirlərlə yanaşı, müxtəlif ekspertlərdən, diaspor, media və QHT  nümayəndələrindən Azərbaycan turizminin internet vasitəsilə təbliği yolları barədə təkliflər öyrənilir. Bu çərçivədə iqtisadiyyat üzrə ekspert Elvin Babayevin açıqlamasını təqdim edirik:

Sosial şəbəkələrdən istifadə Azərbaycanda daha çox yayılıb. Düşünürəm ki, sosial şəbəkələrdən düzgün istifadə internet vasitəsilə rayonların turizm potensialını izləyiciyə düzgün tanıdır. İnternetdə keçirilən turizmə aid layihələr turizmin təbliği baxımdan önəmlidir.

Bu gün insanlar istirahətini daha maraqlı etmək üçün əvvəlcədən istədikləri yerləri dəqiqləşdirirlər və müəyyən məlumatlar toplayırlar. Buna görə də turizm üçün əlverişli məlumatlar insanların ən çox istifadə etdiyi sosial şəbəkələrdə paylaşılmalıdır. Bu paylaşımlarda Azərbaycanın tarixi yerləri, sərvətləri, tarix boyu Azərbaycan ərazisində yaşayan xalqların adət-ənənələrini əks etdirən abidələr, müalicəvi yerləri, hotel və istirahət mərkəzləri və s. haqda geniş məlumatlar yer almalıdır.

İnternetdə fəal təbliğat tək xarici turistlərin deyil, həm də daxili turizm potensialının da artmasına böyük töhfə verir. Azərbaycanın demək olar ki, hər bölgəsi bir tarixdir. Məsələn, Naxçıvanın gözəlliklərini əks etdirən fotoları, qədim tarixi abidələrlə bağlı məlumatları, Duz dağ kimi mualicəvi istirahət mərkəzini, Azərbaycanın ilk qablaşdırılmış mineral süfrə suyu olan Badamlı mineral bulağını sosial şəbəkələrdən oxuyub, görən hər bir kəs Naxçıvanı böyük həvəslə səyahət etmək istəyir. Azərbaycan Respublikası mineral suların mənbəyinə və onların keyfiyyətin görə birinci yerlərdən birini tutur. Respublikanın basqa rayonlarından fərqli olaraq Naxçıvan MR mineral su mənbələri ilə daha zəngindir. Sularının müxtəlifliyinə görə Naxçıvan Muxtar Respublikası bir növ cografi-kimyəvi muzeydir. Bu gün internetdə arxeoloji turizmin təbliği zəifdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *