“İnternetdə turizmlə bağlı informasiya qıtlığı var, rusdilli və ingilisdilli məlumatlar çoxaldılmalı, yenilənməlidir”

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsini həyata keçirir. Layihə çərçivəsində bir sıra tədbirlərlə yanaşı, müxtəlif ekspertlərdən, diaspor, media və QHT  nümayəndələrindən Azərbaycan turizminin internet vasitəsilə təbliği yolları barədə təkliflər öyrənilir. Bu çərçivədə müsahibimiz Rusiyada yaşayan azərbaycanlı həkim-yazıçı Sabit Əliyevdir:
Bir sıra çatışmazlıqları vurğulamaq olar, amma bunların arasında ən vacibləri, mənim fikrimcə, internetdə informasiya qıtlığı və mövcud olan informasiyanın bir o qədər də aktual olmamasıdır. Bundan savayı, təbliğin bəzən səhv seqmentdə aparılması problemi də mövcuddur. Məsələn, biz diqqətimizi rusdilli və ingilisdilli bazara cəmləməliyik. Ancaq internətdə Azərbaycan haqqında məlumatların çoxu azərbaycancadır. Xaricilər bizim haqqımızda daha çox bilməlidirlər. Xəzər dənizində istirahət, bizim əsrarəngiz meşələrimiz, Qobustan qayalıqları, Naftalan müalicəvi kurortu, Kəpəz dağının ətəyindəki Göygöl gölü və s. Təbiət bizə 12 iqlim tipindən 9-unu bəxş edib. Bizim 8400 müxtəlif ölçülü çayımız və 450 gölümüz var. Nədənsə, bunlar haqqında internetdə məlumat çox azdır.
İnternetdə Azərbaycan turizmi barədə informasiya mütəmadi (mümkün qədər tez) yenilənməlivə zənginləşməlidir. Çatdırılmalı olan informasiya düzgün seqmentə yönəlsin və daha koloritli və cəmiyyətə eyni zamanda maraqlı və faydalı olmaqla düzgün üsullarla insanlara çatdırılsın.
Turistlərə çatdırmaq lazımdır ki, nə üçün Azərbaycandakı istirahət digər yerlərdən daha yaxşıdır. Qiymət və keyfiyyət düz mütənasib olmalıdır. Bu gün bütün dünyada çox ölkələr öz iqtisadiyyatını turist axını sayəsində qaldırır. Biz, yəni xaricdə yaşayan azərbaycanlılar da öz növbəmizdə Vətənimiz haqqında çox məlumat yaymalıyıq. Qoy bizim dost və tanışlarımız Vətənimizi daha yaxşı tanısın. Mən bütün əsərlərimdə Azərbaycanın təbiəti haqqında yazmışam. Bizim zəngin mətbəximizin təamlarını, musiqimizin zəngin koloritini vəsf eləmişəm. Və daima qeyd eləmişəm ki, bunların hamısı bizim çoxəsrlik tariximiz və inkişafımızın nəticəsidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *