İqtisadiyyat nazirinin müavini vətəndaşları qəbul edəcək

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 2 avqust 2019-cu il tarixində, saat 11:00-dan etibarən Cəlilabadda (ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev Mərkəzi) bu rayondan olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və (012) 493-14-56, (012) 310-28-00 (daxili 21-79) və (055) 245-00-28 nömrəli telefonlar (əlaqələndirici şəxs Elşən Abbaszadə), Nazirliyin 195-2 Çağrı Mərkəzi, həmçinin Nazirliyin Lənkəran regional bölməsi (Ünvan: Lənkəran şəhəri, Heydər Əliyev prospekti 3, İnzibati bina, əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (025) 255 10 71, mobil (050) 235 01 07 elektron poçt ünvanı: chingiz.mammadov@economy.gov.az) vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet səhifəsində xüsusi olaraq yaradılmış “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölməsi və facebook vasitəsilə də qəbula yazıla bilərlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *