“Azərbaycanın turizm potensialını xarici ölkələrdə də təbliğ etmək lazımdır”

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsini həyata keçirir. Layihə çərçivəsində bir sıra tədbirlərlə yanaşı, müxtəlif ekspertlərdən, diaspor, media və QHT  nümayəndələrindən Azərbaycan turizminin internet vasitəsilə təbliği yolları barədə təkliflər öyrənilir. Bu çərçivədə müsahibimiz “Aristokrat” Travel şirkətinin Belarus nümayəndəliyinin rəhbəri Qəzənfər Məmmədovdur:  

Hazırda turizm ən sürətli inkişaf edən və ən çox iqtisadi gəlir təmin edən sektorlardan biridir. Buna görə dünyadakı bir çox ölkələr bu sektora əhəmiyyət verməkdədir. Bir çox sektor kimi turizm sektoru da dünya daxilində sürətli bir inkişaf sərgiləmişdir. Sərgiləmiş olduğu bu inkişaflardan bəziləri ünsiyyət texnologiyası və nəqliyyat vasitələrindəki sürət, rahatlıq, tutum və qiymət faktorlarıdır. Turizm ölkələr üçün olduğu qədər insanlar üçün də əhəmiyyətli bir fəaliyyətdir. Çünki həyat standartının artması, gəlirin artması və iş həyatının gətirmiş olduğu çətinlik və stress səbəbi ilə insanların turizmə ehtiyacları vardır. Turizmin siyasi və sağlamlıq baxımından da əhəmiyyətinin vurğulanması lazımdır. Turizm dünyada fərqli mədəniyyətlərin varlığını mediadan öyrənən insanlara bu mədəniyyətləri yaxından tanıma imkanı verir. Bu vəziyyət insanları bir-birinə yaxınlaşdırar. Ayrıca, turizm ictimai olaraq da əhəmiyyətli bir fəaliyyətdir. Çünki, turizm xalqlar arasında mədəni dəyişməni reallaşdıran ən əhəmiyyətli vasitələrdən biridir. Yəni, turizmin barışa iştirak etdiyini söyləyə bilərik. Bu gün, ildə bir milyard adam səyahət edir və fərqli mədəniyyətləri tanıma fürsəti tapır.

Sevindirici haldır ki, son illər Azərbaycanda da bu sahəyə diqqət ayrılır. Və bunun nəticəsdir ki, Azərbaycana ildən-ilə gedən tursitlərin sayı artır. Bu sayı daha da artırmaq üçün Azərbaycanın turizm potensialını xarici ölkələrdə də təbliğ etmək lazımdır. Çox yaxşı olardı ki, Azərbaycan  dövləti tərəfindən turizmin təbliği üçün yardım edilsin. Məsələn, Gürcüstan tərəfindən bu edilib və müsbət nəticəsi olub. Hazırda Belarusdan Gürcüstana güclü turist axını var.

Turizm sektorunda qonqaların rahat şəkildə qarşılanması önəmli və ən birinci məsələdir. Azərbaycanda yiksək səviyyəli qarşılanma üçün bu işi yaxşı bilən turizm firması lazımdır. Bu firmanı da öz sayəmizdə tapa bildik. Keçən il Belarusdan Azərbaycana 800-ə yaxın turist getdi. Bunun 500 nəfərini bizim firma qarşıladı. Bu say heç kimin köməyi olmadan əldə edildi. Bizim ölkə daha gözəl reklama və daha çox sayda turistə layiqdir.

Ayrıca qeyd etmək istəyirəm ki, Belarus-Azərbaycan İcmaları Konqresinin köməyi olmadan əldə etdiyimiz uğurlara nail ola bilməzdik. Azərbaycanın bu ölkədəki ilk ciddi səviyyəli tanıtımı diasporun təşkil etdiyi Azərbaycan Mədəniyyət Günləri köməyi ilə başladı. Amma yenə də genişmiqyaslı uğurlara nail olmaq üçün dövlət dəstəyi vacibdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *