“Azərbaycanın Dövlət Turizm Agentliyinin bizə dəstək olmasını istəyirik”

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsini həyata keçirir. Layihə çərçivəsində bir sıra tədbirlərlə yanaşı, müxtəlif ekspertlərdən, diaspor, media və QHT  nümayəndələrindən Azərbaycan turizminin internet vasitəsilə təbliği yolları barədə təkliflər öyrənilir. Bu çərçivədə müsahibimiz Belarus-Azərbaycan İcmaları Konqresinin sədr müavini Rövşən Əliyevdir: 

Belarus-Azərbaycan əlaqələri hazırda MDB məkanında birincilər sırasındadır. Kənd təsərrüfatı texnikası, eləcə də hərbi texnika, ərzaq, tikinti materialları sahəsində əməkdaşlıq var. Buyaxınlarda isə elektrobusların birgə istehsalına başlayıblar. Ayrıca mədəniyyət sahəsində də birgə işlər çoxdur. Qeyd edim ki, “Arşın mal alan” operettası Minsk Musiqili Komediya teatrında anşlaqla keçirilib. Bu, Belarus xalqının Azərbaycan mədəniyyətinə olan marağının bariz nümunəsidir. İki dövlətin prezidentlər arasında olan dostluq əlaqələri Azərbaycanda yaşayan iş adamları və turizmin inkişafı üçün böyük potensial açır. 2018-ci ildə Belarus-Azərbaycan İcmaları Konqresi ilə Azərbaycan Ticarət Evi birgə Minskdə Azərbaycan Mədəniyyət Günlərini keçirdi. Tədbirdə Azərbaycan xalq artislərinin çıxışı yerli əhali tərəfindən gözəl qarşılandı. 5 min insanın iştirak etdiyi tədbirdə Azərbaycan mətbəxi də yüksək səviyyədə təşkil olunmuşdu. Hətta master klasslar keçirildi. Turizmə gəldikdə isə böyük bir ekranda Azərbaycanda olan tarixi abidələrmiz, İçərişəhər, müasir binalar haqqında danışdığımız tədbiri “Balı Bulbarı” adlandırmışdıq. Bu tədbir belaruslar tərəfindən çox bəyənildi. Amma əfsuslar olsun ki, diasporun maddi imkanları məhduddur. Azərbaycan kimi zəngin tarixə, mədəniyyətə malik olan bir ölkəni təkcə diaspor çərçivəsində əhatə etmək çox çətindir. Bu ilin sentyabr ayında Minsk şəhərində diaspor tərəfindən keçiriləcək Azərbaycan Mədəniyyət Günləri turizmimizi reklam etmək üçün böyük imkanlar açır. Ölkəmizi lazımi səviyyədə reklam etmək üçün çox istərdik ki, bu tədbirdə Azərbaycanın Dövlət Turizm Agentliyi bizə dəstək olsun. Belarus-Azərbaycan İcmaları Konqresi olaraq biz turizm şirkətlərini də bu tədbirdə iştirak etməyə dəvət edirik .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *