“Azərbaycanda turizm sanayesinin inkişafında dövlətin müdaxiləsi tələbdir”

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsini həyata keçirir. Layihə çərçivəsində bir sıra tədbirlərlə yanaşı, müxtəlif ekspertlərdən, diaspor, media və QHT  nümayəndələrindən Azərbaycan turizminin internet vasitəsilə təbliği yolları barədə təkliflər öyrənilir. Bu çərçivədə müsahibimiz Belarus-Azərbaycan İcmaları Konqresinin sədr müavini İlham Hacıyevdir:

Turizmin inkişafı ölkəyə xarici valyuta axınını təmin edir. Turizm investisiyaları milli iqtisadiyyatı canlandırır, ölkədə işsizliyi azaldır. Həmçinin ölkənin vətəndaşlarının gəlir səviyyəsini və ölkənin dünyadakı reklamını artırır.

Turizm iqtisadiyyat xaricində fərqli yerlərdə yaşayan insanlar arasında yaxınlaşmağa gətirib çıxarır. Mədəniyyətin inkişafı ünsiyyəti artırır. Ölkələr arasında sülh yaradır. Xüsusilə daxili turizmin aşağı olduğu Azərbaycan kimi ölkələrdə xarici turizm tələbinə bağlı bir turizm sanayesinin inkişaf etdirilməsi dövlətin müdaxiləsi və hətta turizm administratorluğu səhəsində birbaşa iştirakı tələb edir.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *