“Azərbaycan turizmin hərtərəfli inkişafı üçün ən əlverişli ölkələrdəndir”

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Turizm ixtisası üzrə təhsil alan tələbələrin peşəkar vərdişlərinin formalaşdırılmasına dəstək” layihəsini həyata keçirir. Layihə çərçivəsində bir sıra tədbirlərlə yanaşı, müxtəlif ekspertlərdən, diaspor, media və QHT  nümayəndələrindən Azərbaycan turizminin internet vasitəsilə təbliği yolları barədə təkliflər öyrənilir. Bu çərçivədə müsahibimiz Belarus-Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırovdur:

Azərbaycan turizmin hərtərəfli inkişafı üçün ən əlverişli ölkələrdən biridir. Tarixi mədəniyyəti, musiqisi və s. ən zəngin olan ölkələrdəndir. Azərbaycan dövlət səviyyəsində ölkənin reklamı üçün bu günə qədər çox iş görmüşdür. I Avropa Oyunları, Formula 1 və s. idman yarışları bunların bir nəticəsidir. Ancaq xarici ölkələrdə Azərbaycanın turizm reklamı çox azdır. Bu ölkələrdən biri də Belarusdur. Gürcüstan, Moldova və s. ölkələr 5 ildən artıq burada genişmiqyaslı reklam işləri görür. Bunun nəticəsində Belarus turistləri üçün birinci sırada tətil yeri Gürcüstandır. 5 il ərzində Gürcüstana 1 milyona yaxın turist gedib. Azərbaycan Gürcüstan və Moldovaya görə daha müasir və daha çox tarix və mədəniyyət zənginliyi vardır. Bir ölkənin tanıtımı əsas faktorlardan biridir. Turizm isə bir nömrəli reklam vəsaitidir. Amma bu günə qədər Belarus daxil heç bir keçmiş sovet respublikasında bu cür fəaliyyətlər olmayıb. Belarusda bu sahədə işləyən Azərbaycan vətəndaşları var. Ancaq tək əldən səs çıxmadığına görə dövlət dəstəyi çox vacibdir. Bizim gözəl ölkəmiz turizm olaraq hər cür şəraitə malikdir. Bu gözəllikləri, qonaqpərvərliyi ilə məşhur xalqı olan Azərbaycanda xarici qonaqlara göstərmək bizim hamımızın borcudur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *