Çinin idxal və ixracında ciddi azalma var

Çində geriləyən idxal və ixrac göstəriciləri ticarət müharibəsinin təsirini aydın bir şəkildə göstərib

2018-ci ilin Dekabr ayında Çinin idxalı və ixracı gözləniləndən daha çox azalıb.

İdxal və ixracda tənəzzül ticarət müharibəsinin təsirləri və iqtisadi səngiməni göstərir.

“Marja” xəbər verir ki, Çinin dollarda ixracı 2017-ci ilin eyni dövrü ilə müqayisədə 4.4 faiz, idxal isə 7.6 faiz düşüb. Rəqəmlər 2016-dan bu yana ən pis göstəricilərdir.
Bütün 2018-ci il üçün ümumi mənzərə isə daha ümidvericidir. İxrac 9.9 faiz artaraq 2.48 trilyon dollar olarkən, idxal 15.8 faiz yüksəlib. Beləliklə, 2013-cü ildən bu yana ən aşağı səviyyə olan 351.8 milyard dollarlıq ticari artıqlığı yaranıb.

Analitiklər bildirirlər ki, Dekabrda ixrac və idxaldakı kəskin azalma təkcə ticarət müharibələri və ya gömrük vergilərindən qaynaqlanmır. Əsas səbəb qlobal tələbdəki azalmadır. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *