Fond müharibə veteranları ilə bağlı layihəsini başa çatdırıb

Mirzə Ələkbər Sabir Fondu tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Müharibə veteranlarına və onların ailə üzvlərinə psixoloji yardımların təşkili” layihəsi başa çatıb. Mirzə Ələkbər Sabir Fondunun prezidenti Sevda Tahirlinin saytımıza verdiyi məlimata görə layihənin məqsədi müharibənin doğurduğu psixoloji problemlərin nəticələrini aradan qaldırmaqla müharibə iştirakçılarının və onların ailə üzvlərinin sosial adaptasiyasına yardım etmək idi.

Sevda Tahirli deyib ki, 3 ay icra olunan layihə çərçivəsində 50 nəfərdən artıq müharibə iştirakçısına psixoloji yardım göstərilib.
Layihə çərçivəsində kiçik qruplarda kollektiv görüşlər də təşkil edilib. Bu görüşlərdə müharibə veteranlarının keçdiyi şanlı döyüş yolu və onların xatirələri dinlənilib. Eyni zamanda fond tərəfindən maarifləndirici görüşlər də təşkil edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir