İnsan alverinə qarşı mübarizə ilə bağlı qısametrajlı filmin təqdimatı olub

Filmin məqsədi vətəndaşları insan alveri ilə bağlı maarifləndirmək və birlikdə mübarizə aparmaqdır. 

“İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı” Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə, Daxili İşlər Nazirliyinin təşkilatı  dəstəyi ilə “Uçan arzular” -“Ayıq ol, Qurban olma” adlı qısametrajlı filmini çəkərək ictimayyət təqdim edib. “Azerforum” xəbər verir ki, layihə barəsində məlumat verən təşkilat sədri Ramiz Alıyev bildirib ki, 3 ay ərzində həyata keçirilən layihənin əsas məqsədlərindən biri də  İnsan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarət olmuşdur. Onun sözlərinə görə, qısametrajlı filmi peşəkar komanda çəkmişdir. Bu gündən etibarən həmin film sosial şəbəkə hesablarından yayımlanacaq və eyni zamanda 1000 ədəd disk Bakı şəhərində pulsuz olaraq paylanılacaq, bundan başqa disqlər regionlarda aidiyyatı orqanlara, təhsil ocaqlarına, televiziyalara da paylanılacaq. Filmdə insanların hansı vasitələrlə aldadılaraq xaricə aparılmasından bəhs olunur. Filmin təqdimatında DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, İctimayyətlə Əlaqələr və Mətbuat şöbəsinin  əməkdaşları, QHT-lər, KİV-nin əməmdaşları, Gənclər təşkilatlarının təmsilçiləri iştirak edib. Filmi izlədikdən sonra təşkilatçılar tərəfindən iştirakçılara həmin filmin disqləri də təqdim olunub.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir