“Yeniyetmə qızlar üçün məişət zorakılığının profilaktikası ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” adlı layihə davam edir


Məlumat üçün bildirirəm ki, “Qadınlar Gələcək Uğrunda” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Yeniyetmə qızlar üçün məişət zorakılığının profilaktikası ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili” adlı layihəsinin icrasını davam etdirir.
Layihənin məqsədi yeniyetmə qızların gender əsaslı zorakılıq, o cümlədən məişət zorakılığı, onun mahiyyəti, səbəbləri, formaları, zorakılığın profilaktikası sahəsində maarifləndirılmək və “Məişət zorakılığının qarşısının alınması haqqında Qanunla” tanış edilməsi yolu ilə məişət zorakılığının profilaktikasanı gücləndirməkdən ibarətdir.
Layihə çərçivəsində Abşeron rayonu və Şirvan şəhərində yeniyetmə qızlar üçün 4 təlim təşkil olunacaqdır. Təlim iştirakçılarına maarifləndirici kitabça və bukletlər paylanılacaq, sertifikatlarla təltif olunacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir