Ərəb saytları erməni vəhşiliyindən yazıb

Əlcəzairin “Alharir.info”, İraqın isə “Agnaden.net” və “Almadaeennews.blogspot.com” saytlarında “Erməni vəhşiliyinin qurbanları” sərlövhəli məqalə dərc olunub. “Diaspornews.az” xəbər verir ki, məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Erməni vandalizmi beynəlxalq mediada” layihəsi çərçivəsində yayımlanıb.

Məqalə Qarabağ müharibəsində ermənilərə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımzın başlarına gətirilən facələrdən bəhs edir. “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, I Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı adamdır”,-deyə yazıda vurğulanıb.

Məqalədə bildirilir ki, Ermənistan həm III, həm IV Cenevrə Konvensiyalarının müddəalarını pozaraq Azərbaycanın mülki əhalisini girov götürüb. Yazıda əsir və girovluqadn azad olunan 20-dən artıq soydaşımızın ermənilər tərəfindən işgəncələrə məruz qalması faktlarla qeyd olunub.

 

Məqalə ilə ətraflı aşağıdakı linklərdən tanış olmaq mümkündür:

 

https://alharir.info/%d8%b6%d8%ad%d8%a7%d9%8a%d8%a7-%d8%a7%d9%84%d9%81%d8%b8%d8%a7%d8%a6%d8%b9-%d8%a7%d9%84%d8%a3%d8%b1%d9%85%d9%8a%d9%86%d9%8a%d8%a9/

https://www.agnaden.net/?p=14637

http://almadaeennews.blogspot.com/2022/04/blog-post_13.html

image-iraq2

image-iraq-3

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir