“The Bukharian Times”: “Vandalizmə baxmayaraq Şuşa füsunkar gözəlliyini qoruyub”

ABŞ-ın “The Bukharian Times” qəzetində “Şuşa, Qafqazın mirvarisi: Multikultural dəyərlərin nadir nümunəsi” sərlövhəli məqalə dərc olunub. Məqalə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilən “Erməni vandalizmi beynəlxalq mediada” layihəsi çərçivəsində yayımlanıb.

Məqalədə Şuşanın vandalizmə uğramasına baxmayaraq füsunkar gözəlliyini qoruduğu qeyd olunur. Vurğulanır ki, ermənilərin ölü şəhərə çevirmək istədiyi Şuşa şəhərinə Azərbaycan dövləti yenidən nəfəs verir.

Yazıda Prezident İlham Əliyev tərəfindən Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edildiyi və işğaldan azad olunduqdan sonra bu şəhərdə həyatın yenidən canlandığı bildirlir: “Muğam sədaları yenidən işğaldan azad edilmiş Şuşa şəhərinin küçələrini bürüdükcə şəhərin yenidən qurulması istiqamətində aparılan quruculuq işləri sürətlə artır. Şuşa Qafqazın mirvarisi kimi tanınır və müharibədən əvvəl turizm məkanı olub. Qurtuluşdan sonra dünyada milyonlarla azərbaycanlı mümkün qədər tez buranı ziyarətə getməyə və Cıdır düzündən nəfəs kəsən mənzərə qarşısında təmiz hava ilə nəfəs almağa can atırlar”.

Yazıda Şuşa şəhərinin tarixi, işğaldan azad ediləndən sonra Şuşada keçirilən tədbirlər və Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında məlumat verilib.

Həmçinin məqalədə Milli Məclisin deputatı Məlahət İbrahimqızı və Şuşa şəhərinin əsasını qoymuş Pənahəli xanın sülaləsinin ən parlaq nümayəndəsi Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşirova-Verdiyevanın Şuşa və buradakı erməni dağıntıları haqqında fikirlərinə yer verilib.

Məqalədə artıq Şuşanın öz əbədi sakinlərini qəbul etdiyi və Bakı-Şuşa- Bakı sərnişin avtobusu reysi açıldığı vurğulanır.

 

Məqalənin elektron versiyasını aşağıdakı linkdən oxumaq mümkündür:

http://bukhariantimes.org/03_24_2022/mobile/index.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir