İctimai fəal məktəblər sahəsində şəbəkələşmə təşkil olunacaq

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” V Qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “İctimai fəal məktəb modelinin formalaşdırılması” layihəsi çərçvəsində növbəti təlim kursları digər orta ümumtəhsil müəssisələrində – Bakı şəhər 27 nömrəli və 36 nömrəli tam orta məktəblərində təşkil olundu.
Hər bir məktəbdə 30 nəfər fəal müəllimin iştirakı ilə başlayan təlimlərin açılışında layihənin məqsəd və fəaliyyəti və bu günə qədər görülən işlər haqqında məlumat verildi və layihənin təhsil sistemində rolu və əhəmiyyətindən danışıldı.
Sonra layihənin eksperti Asif Əsgərli çıxış edərək, ictimai fəal məktəb modelləri, Azərbaycan bu təşəbbüsün pilot olaraq gerçəkləşdirilməsi, gələcəkdə bu şəbəkənin genişləndirilməsi imkanlarını haqqında danışdı.
Təlimlər interaktiv şəkildə təlimçi Dadaş Əhmədli tərəfindən davam etdirildi və o, 3 gün ərzində mövzu ilə bağlı geniş formada həm nəzəri bilik və informasiyalar çatdırdı, həm də müəllimlərin iştirakı ilə işçi tapşırıqlar və praktik təqdimatlar təşkil etdi.
Təlimlərdə 60 iştirakçı “ictimai fəal məktəb fəlsəfəsi və inkişaf yolu”, “ictimai fəal məktəb tiplərii: müxtəlif təcrübələr”, “ictimai fəal məktəb üçün sosial tərəfdaşlıq”, “ictimai fəal məktəbin əməkdaşlıq imkanları”, “ənənəvi məktəbdən ictimai fəal məktəbə keçid” və digər maraqlı və aktual məsələlərlə bağlı bilik, bacarıq və təcrübələr qazandılar.
Təlimlərin sonunda iştirakçıların qiymətləndirilməsi aparıldı və kursu bitirən müəllimlər sertifikatlarla təltif olundular.
Layihənin sonrakı fəaliyyətləri olaraq ictimai fəal məktəblər sahəsində şəbəkələşmə və sosial və PR tədbirləri təşkil olunacaq, təbliğati maarifləndirici sosial çarxın çəkilişi və yayımı və davamlılıq olaraq bu fəaliyyətlərin digər regionlarda da tətbiqi imkanları müəyyən ediləcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir