Sabit Əliyev: Müstəqil Azərbaycan bütün azərbaycanlılar üçün birlik motivasiyasıdır

Rusiyada yaşayan tanınmış azərbaycanlı yazıçı Prezidenti təbrik edib

Rusiya Federasiyasında yaşayan tanınmış azərbaycanlı yazıçı, həkim-implantoloq Sabit Əliyev Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

Yenimedia.info xəbər verir ki, Sabit Əliyevin Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyilir: “Böyük qürur hissi ilə Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Prezident olaraq Sizin apardığınız düzgün siyasət nəticəsində bu gün müstəqil Azərbaycan bütün azərbaycanlılar üçün birlik motivasiyası olmuşdur. Mən də bir yazıçı olaraq mütəmadi olaraq dünya azərbaycanlılarının birliyi üçün çalışır, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə mütəşəkkil formada təbliğatını aparıram. Əsərlərimdə azərbaycançılıq qəhrəmanlarımın xarakterində özünü daimi büruzə verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir