Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasında “Qarabağ Azərbaycandır”adlı tədbir təşkil edildi

23.12.12.2021.tarixində Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasında “Qarabağ Azərbaycandır”adlı tədbir təşkil edildi.Məmmədova İlkanə ,Salahova Aytac müəllimələrin təşkilatçılığı ilə təşkil edilmiş tədbirin mövzusu 44 günlük zəfərin çalınmasından həmçinin, qəhrəmanlarımızın bu yolda göstərdiyi şücayət ən əsas isə cənab prezidentimizin yürütdüyü uğurlu siyasətdən bəhs edirdi.Tədbir dövlət himni ilə başlanıldı.Keçirilən tədbirdə Gimnaziyanin şagirdləri ,maraqlı səhnəciklər,obrazlar yaradaraq,şeirlər söyləyərək, tədbirə rəngərənglik qatdilar.
Dəvət edilmiş qonaqlar sırasında Azərbaycan Respublikasının Milli Qəhrəmanların Tanıtma İctimai Birliyinin nümayəndləri ,şəhid ailələri, qazilər ,həmçinin gimnaziyanin şagird və müəllim kollektivləri iştirak etdilər.Tədbir iştirakçıları həmçinin,Abbasova Almaz Məmmədova Gülnarə ,Tarix müəllimi Sevda ,çıxışlarında Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunaraq düşmən tapdağından azad olunacaq günə qətiyyətlə inandıqlarına, Qarabağın tamami ilə bütöv bir Azərbaycan olacağını gözlədiklərini deyə ,bir sira fikirlər bildirdilər.
Bəli!Qarabağ Azərbaycandı! Qarabağı Azərbaycan edən həmin gimnaziyanı bitirən və bu günki gündə şəhidlik zirvəsinə ucalan ,Surxay,Qabil,Rüfət və onların timsalında minlərlə əvəzsiz qəhrəmanlarımız.
Haqqınız ödənilməz qəhrəmanlarım
Allah sizlərə rəhmət etsin.!

Vetenqehremanlari.az

Gülnar Ələsgərli

     

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir