AzTV-də “100 ildə 1” adlı film yayımlanacaq

 

 

Azərbaycan Televiziyası dövlətimizin koronavirusa qarşı mübarizəsi istiqamətində dünyaya nümunə olan gördüyü işlərlə bağlı xüsusi film hazırlayıb. “100 ildə 1” adlı filmdə koronavirusla effektiv mübarizədə Azərbaycan təcrübəsindən danışılır.
“Azərbaycanda dərhal dövlətin, Prezident İlham Əliyevin koronavirusla mübarizədə atdığı preventiv addımların tətbiqi ilə bağlı göstərişlərinin icrasına başlanıldı. Müəyyən qapanmalar, məhdudiyyətlər tətbiq edildi.
Dünyanın böyük dövlətlərində xəstəxanalarda virusa yoluxmuş şəxslərə yer tapılmadığı bir vaxtda Azərbaycanda hər cür qabaqlayıcı tədbirlər görüldü. Dərhal yeni xəstəxanalar istifadəyə verildi”,-deyə filimdə bildirilir.
Ssenari müəllifi və rejissoru Vəfa Ağabalayeva olan bu film dekabrın 22-də saat 21:00-da AzTV-də yayımlanacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir