Müəllimlərə ictimai fəal məktəb modelinin formalaşdırılması mövzusunda təlim kursu keçirilib

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” V Qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilən “İctimai fəal məktəb modelinin formalaşdırılması” layihəsi çərçvəsində ilk təlim kursu layihənin icraçısı Bakı şəhər Binəqədi rayonu  83 №-li məktəb-liseydə təşkil olunub. Bu haqda saytımıza Layihənin PR xidmətindən məlumat verilib.
40 nəfər fəal müəllimin iştirakı ilə başlayan təlimi layihənin rəhbəri, Bakı şəhər Binəqədi rayonu 83 №-li məktəb-liseyin direktoru Almaz Bayramova açıq elan edib və bu günə qədər layihə çərçivəsində görülən işlər haqqında məlumat verib.  O, layihənin təhsil sistemində rolu və əhəmiyyətindən danışıb.
Sonra layihənin eksperti Asif Əsgərli çıxış edərək, ictimai fəal məktəb modelləri, Azərbaycan bu təşəbbüsün pilot olaraq gerçəkləşdirilməsi, gələcəkdə bu şəbəkənin genişləndirilməsi imkanlarını haqqında danışıb.
Təlim interaktiv şəkildə təlimçi Dadaş Əhmədli tərəfindən davam etdirilib və o, mövzu ilə bağlı geniş formada həm nəzəri bilik və informasiyalar çatdırıb, həm də müəllimlərin iştirakı ilə işçi tapşırıqlar və praktik təqdimatlar təşkil edib.
Təlimdə iştirakçılar “ictimai fəal məktəb fəlsəfəsi və inkişaf yolu”, “ictimai fəal məktəb tiplərii: müxtəlif təcrübələr”, “ictimai fəal məktəb üçün sosial tərəfdaşlıq”, “ictimai fəal məktəbin əməkdaşlıq imkanları”, “ənənəvi məktəbdən ictimai fəal məktəbə keçid” və digər maraqlı və aktual məsələlərlə bağlı bilik, bacarıq və təcrübələr qazanıblar.
Qeyd edək ki, digər 2 ümumtəhsil məktəbində də keçiriləcək təlimlərdən sonra layihənin digər fəaliyyətləri, şəbəkələşmə və sosial və PR tədbirləri  təşkil olunacaq və davamlı olaraq bu fəaliyyətlərin digər regionlarda da tətbiqi araşdırılacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir