Vətən müharibəsi iştirakçısı Elmir Mahmudovun doğum günüdür

Bu gün Vətən müharibəsi iştirakçısı Elmir Mahmudovun doğum günüdür. Yenimedia.info xəbər verir ki, Elmir Mahmudov torpaqlarımızın işğaldan azad olunması uğurunda şücaətlə döyüşərək qəhrəmanlıqlar göstərib. O, düşmənin döyüş texinkalarının darmadağın edilməsində böyük əzmkarlıq göstərərək vətənpərvərlik nümayiş etdirib.
Elmir Mahmudov hücum əməliyyatları zamanı Hərbi Hava Qüvvələrinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının yerinə yetirilməsində yüksək peşəkarlıq nümayiş etdirdirərək fərqləndiyinə görə Müdafiə nazirinin müavini Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov tərəfindən Fəxri Fərmanla təltif olunub. Bu gün belə igid oğullarımız gənclərimiz üçün örnəkdir.
Qeyd edək ki, Mahmudov Elmir Rəşid oglu 07.11.1992-ci ildə Ağsu rayonunun Göydəlləkli kəndində dünyaya gəlib.2009-cu ildə İdarəetmə və Texnalogiya kollecinə daxil olub. 2011-ci ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti bitirdikdən sonra müxtəlif qurumlarda çalışıb. 2018-ci ilin dekabrında gizir rütbəsi verilib.
Xatırladaq ki, Elmir Mahmudov Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudovun qardaşı oğludur.
Taleh Mahmudov qəhrəman qardaşı oğlunu ad günü və Zəfər Günü münadibətilə təbrik edir, ona cansağlığı diləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir