Hərbi Qənimətlər Parkında “Zəfərdən zəfərə” adlı tədbir keçirilib

Qüdrətli Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş işğalçı Ermənistanın döyüş texnikalarının nümayiş etdirildiyi Hərbi Qənimətlər Parkında “Zəfərdən zəfərə” adlı tədbir təşkil edilib. Azerforum.com xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və Veteran Tankçılar İctimai Birliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə deputatlar Jalə Əhmədova, Ramin Məmmədov, Naqif Həmzə, Vüqar İsgəndərov, həmçinin Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Vətən müharibəsi iştirakçıları, hərbçilər, tələbə və gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

​Tədbir çərçivəsində təşkil edilmiş rəsm sərgisində 35 rəssamın 44 günlük Vətən müharibəsinin ildönümü münasibətilə hazırladığı 44 rəsm əsəri nümayiş olunub. O cümlədən sərgidə əsərləri nümayiş olunan rəssamlara diplomlar, tədbirdə iştirak edən müharibə iştirakçıları və mədəniyyət sahəsində çalışan bir sıra şəxslərə fəxri fərmanlar təqdim olunub. Gənclərə vətənpərvərlik ruhunun aşılanması məqsədi daşıyan bu tədbirdə, Fondun nəşr etdirdiyi kitablar da nümayiş etdirildi və iştirakçılara paylanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir