Krasnoyarskda diaspor rəhbəri Yepiskop Fəxri Fərmanı ilə təltif edilib

Krasnoyarsk vilayətinin “Azərbaycan milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri, Krasnoyarsk Deputatlar Şurasının millət vəkili Taleh Mahmudov şəhərdə hazırda tikilən kilsəyə üç qüllə hədiyyə edib. Həmçinin Taleh Mahmudov şəhər rəhbəri Sergey Yeremin və Lenin rayon administrasiyasının rəhbəri Andrey Bardaev ilə birgə məbədin tikinti işləri ilə maraqlanıb. Bu haqda saytımıza Taleh Mahmudov məlumat verib.

Xatırladaq ki, kilsə Taleh Mahmudovun maliyyə dəstəyi ilə tikilir. Taleh Mahmudov deyib ki, məbədin tikintisini yüksək səviyyədə başa çatdıracaqlar: “Mənim üçün belə kiləsinin tikintisində iştirak etmək çox xoşdur. Bu işlər tam yekunlaşana kimi maliyyə dəstəyimizi edəcəyik. Bu bizdən rus xalqına hədiyyə olacaq”.

 Qeyd edək ki, Taleh Mahmudovun bu əməyi Krasnoyarskda baş keşik Valery Larin tərəfindən qiymətləndirilib. Belə ki, baş keşik Valery Larin Taleh Mahmudova Yepiskop Fəxri Fərmanını təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir