Dnepr şəhərində Müstəqilliyin bərpa olunması günü qeyd edilib

Tədbir Dnepr şəhərində Ukrayna-Azərbaycan mədəni-işgüzar mərkəzinin bazasında keçirilib. Tədbirdə fəxri qonaq kimi Samara vilayəti Azərbaycanlıları Liqasının sədri Şirvan Kərimov iştirak edib.

İlk olaraq birinci və ikinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərin xatirəsii bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə BUAK İdarə Heyətinin üzvləri Şahlar Mirzəyev, Nadir Abdulayev, həmçinin Ağsaqqallar Şurasının üzvləri Nəriman Məmmədov, Füzuli İbrahimov və vəkil Ağəli Tağıyev, Ukrayna Bloqçular İttifaqının üzvü Eldar Məhərrəmov çıxış ediblər.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Dnepropetrovsk vilayət təşkilatı bütün Azərbaycan xalqını Müstəqilliyin bərpa edilməsinin 30-cu ildönümü münasibətilə ürəkdən təbrik edir. “Möhkəm cansağlığı, böyük ailə səadəti, sülh, qarşılıqlı anlaşma, razılıq və firavanlıq arzulayırıq. Qoy, sizin həyatınızın hər günü sevinc, mehribanlıq və yeni nailiyyətlərlə dolu olsun, xeyirxah işlər doğma Azərbaycanımızın şöhrətini daha da artırsın!”,- deyə BUAK-ın Dnepropetrovsk vilayət təşkilatının sədri Nəcəf Əhmədov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir