Tatarıstanda Müstəqilliyin bərpa olunması günü qeyd olunub

Oktyabrın 18-də Azərbaycanda müstəqilliyin bərpa olunması günü qeyd olunur. Bu gün dünyanın bir çox ölkələrində Azərbaycan diasporunun nümayəndələri dövlətin suverenliyini, Azərbaycan xalqının azadlığını, ruhunun gücünü və həmrəyliyini təcəssüm etdirən bu əlamətdar tarixin bayram edilməsinə qoşulurlar.

“Azerforum.com” xəbər verir ki, Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin azərbaycanlıları Azərbaycanın müstəqilliyinin bərpa olunması günü münasibətilə təntənəli tədbir keçiriblər.

Tədbir Azərbaycanın himni ilə başlayıb. Sonra Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgər və zabitlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Müstəqillik illərində Azərbaycan siyasi, iqtisadi və sosial sahələrdə əlamətdar nailiyyətlər əldə edib və bu gün bu tərəqqi müxtəlif sahələrdə davam edir. Bundan başqa, Azərbaycan Respublikası dünyanın bir çox ölkələri ilə dövlətlərarası əlaqələri və strateji tərəfdaşlığı genişləndirir və gücləndirir”, – deyə Tatarıstan Respublikasının Leninoqorsk şəhərinin “Birlik” milli-mədəni muxtariyyətinin sədri Ramiz Məmmədov bildirib.

Tədbirdə diasporun ən gənc nümayəndələri də fəal iştirak ediblər. Onlar Azərbaycan haqqında şeirlər söylətiblər. Baxmayaraq ki, onların bir çoxu Rusiyada doğulub, yaşayır, öz ruhunda Azərbaycan xalqının ənənələrini qoruyub saxlayır və onların valideynlərinin düzgün tərbiyəsi ilə Azərbaycan xalqının tarixini bilirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir