“Xural” TV- nin rəhbəri Əvəz Zeynallı və “Reaksiya” TV- nin rəhbəri Zaur Qəriboğlu ötən gün, Hakim İlkin Əliyevin sədirliyi ilə keçirilən məhkəmə baxışında tanınmış iş adamı və xeyriyyəçi, “İnter Sever” şirkətlər qrupunun və “Rusiya Azərbaycanlıları İttifaqının” prezidenti Fizuli Məmmədova uduzdular.
1.Üzr istəyəcəklər.
2.Materialları səhifədən siləcəklər.
3.Dəymiş ziyanı ödəyəcəklər.
Xatırladaq ki, Əvəz Zeynallı və Zaur Qəriboğlu “Xural” TV və “Reaksiya” TV dəki çıxışlarında Fizuli Məmmədovun ünvanına təhqiramiz ifadələr söyləmiş, böhtanlar atmış və onun ünvanına yalan ifadələr işlətmişdirlər.
Fizuli Məmmədovun şəxsi təşəbbüsü ilə 2020-ci il ərzində COVİD-19 pandemiayası ilə əlaqədar Rusiyada və Azərbaycanda əziyyət çəkən vətəndaşlarımıza “Rusiya Azərbaycanlıları İttifaqı” sosial yardım və maddi dəstək edilmişdir.
F.Məmmədovun başlatdığı yardım kampaniyasının kiçik bir hissəsində Zaur Qəriboğlu və Əvəz Zeynallı da iştirak etmişdirlər. Zaur Qəriboğlu könüllü kampaniyaya qatılaraq sosial problemləri olan vətəndaşlarımıza yardımların çatdırılmasında fəal iştirak etmiş və Əvəz Zeynallının kampaniyada iştirak etməyə dəvət etmiş F.Məmmədovun ünvanına öz televizyası vasitəsilə xoş sözlər söyləmişdir. Bir müddətdən sonra “Xural” TV-nin baş redaktoru Əvəz Zeynallı və “Reaksiya” TV-nin baş redaktoru Zaur Qəriboğlu İNTER SEVER şirkətlər qrupunun və Rusiya Azərbaycanlıları İttifaqının prezidenti, tanınmış iş adamı, xeyriyyəçi Fizuli Məmmədovun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən, qeyri-etik ifadələr işlədərək cəmiyyətdə onu gözdən salmaq məqsədilə çıxışlar etmişdirlər. Bununla əlaqədar onlardan bu çirkin işlərindən əl çəkib, ifadələrini təkzib edərək, fikirlərini geri götürmələri xahiş və tələb olunsa da onlar bu işdən boyun qaçırmışdırlar. Fizuli Məmmədov son çıxış yolu kimi ədalət məhkəməsini seçərək, adları qeyd olunan şəxsləri “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbi ilə ədalət məhkəməsinə vermiş, hüquqlarının məhkəmə yolu ilə təmin olunmasını xahiş etmişdir.
Binəqədi rayon Məhkəməsinin 9 avqust 2021-ci ildə keçirilmiş son iclasında Fizuli Məmmədovun “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərin ödənilməsi” tələbi təsdiq edilərək, F.Məmmədovun xeyrinə Məhkəmənin qanuni hökmü qəbul edilmişdir.
F.Məmmədov məhkəmənin qərarın müsbət qiymətləndirib və daima Azərbaycanın qiymətli qələm sahiblərinin yanında olduğunu bildirib.
Rusiya Azərbaycanlıları İttifaqının
Mətbuat Xidməti.
Moskva şəhəri, 9 avqust 2021-ci il.