Tatarıstanın Leninoqorsk şəhərində Respublikası Günü təntənəli şəkildə qeyd olunub

Mayın 29-da Tatarıstan Respublikasının Leninoqorsk şəhərində “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti təşkilatı Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 103-cü ildönümü münasibətilə şəhərin sakinləri üçün möhtəşəm bayram təşkil edib. Məşhur müğənnilər və milli rəqs ansamblları Leninoqorsk tamaşaçıları tərəfindəən onsuz da sevilirlər. Öz nailiyyətlərini nümayiş etdirən Əmir pəhləvan heyrətamiz şou göstərib. O, bütün qonaqların qarşısında əlavə qüvvə olmadan 12 tondan artıq yük maşınını bir neçə metrdən artıq sürüb.

Tədbir günortadan sonra Azərbaycanın Respublika Gününün qeyd edilməsi ilə başlayıb. Ənənəvi Azərbaycan çadırı dekorativ-tətbiqi sənət əşyaları, milli yeməklər və musiqi nömrələri təqdim edib. Tatarıstan Respublikasının Xalq artisti Minqol Qaliyev bayram tədbirində iştirak edib.

Axşama doğru, bayram tədbiri sahilyanı səhnədə davam edib. Konsert proqramını Əmr pəhləvan insanları təəccübləndirən şou nömrələr göstərərək açıb. Ən möhtəşəm nömrə onun saçları ilə yol boyunca sürdüyü yük maşın olub.
“Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti təşkilatının sədri Ramiz Məmmədov Azərbaycan diasporu adından qonaqları və şəhərin sakinlərini salmlayıb. Ramiz Məmmədov çıxışında ziyarətə gələn həmvətənlərini təbrik edib və hədiyyələr təqdim edib. Şəhərin Bələdiyyə idarəsinin rəsmisi Sergey Timakov Respublika Günü münasibətilə şəhərin meri – Raqat Hüsainov və şəxsən öz adından soydaşlarımızı təbrik edib.
Tatarıstan Azərbaycanlıları Regional İctimaı Birliyinin sədr müavini Ceyhun İsayev və Azərbaycandakı “Tatarıstan” İctimai Birliyi sədrinin müavini Emin Ramazanov təbriklərini çatdırıblar və hədiyyələr təqdim ediblər.
“Almakay” at mərkəzinin rəhbəri Fərid Nəbiullin Azərbaycan diasporuna və şəxsən onların rəhbəri Ramiz Məmmədova Arqamak cinsli tatar atı hədiyyə edib.

Daha sonra səhnədə Azərbaycanın tanınmış artistləri-bir çox beynəlxalq müsabiqələr laureatı Asif Əliyev və “Azərbaycanın səsi-2014″ müsabiqəsinin finalçısı, müğənni Elnur Fərzəliyev çıxış ediblər. Konsertədə həm xalq mahnıları, həm də hit olan estrada mahnıları səslənib. Həmçinin bir çox mükafatlara layiq görülmüş “Xəyal” milli rəqs qrupunun üzvlər rəqslər ifa ediblər.
Göründüyü kimi, Azərbaycan diasporu öz Respublikasının 103 illiyini geniş miqyasda qeyd edib. Onlar istirahət etmək niyyətində deyil, qarşıda yeni layihə və tədbirlər var. Yaxın günlərdə Ramiz Məmmədovun təşkilatçılığı ilə Leninoqorskda Azərbaycan xalqının və Tatarıstanın mədəni mübadiləsinə həsr olunmuş “Dostluq körpüsü” layihəsi və Ümumrusiya “Dostluq xiyabanı” aksiyasının şərəfinə ağacəkmə tədbiri gerçəkləşəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir