Orenburqdakı Azərbaycan diasporu yerli gənc güləşçilərin fiziki inkişafı və tərbiyəsi üçün dəstək göstərib

Rusiyanın Orenburq şəhəri üzrə Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Yaşar Məsimov yerli gənc güləşçilərin fiziki inkişafı və tərbiyəsi üçün dəstək göstərib. Bununla bağlı Orenburqun Saqarçin qəsəbəsindən olan gənc güləşçilərin valideynləri Yaşar Məsumova təşəkkür ediblər: “Biz, sahibkar, “Rahat həyət” kempinqinin rəhbəri Yaşar Məsimova uşaqlarımıza davamlı təmənnasız yardım və dəstəyə görə böyük təşəkkürümüzü və minnətdarlığımızı bildirmək istəyirik. Ona və bütün ailəsinə cansağlığı, xeyriyyə işlərində uğurlar arzulayırıq. Uşaqların fiziki inkişafı və tərbiyəsinə, övladlarımızın gələcəyinə verdiyiniz töhfənizə görə sağ olun, Yaşar!”.
Xatırladaq ki, Məsimov Yaşar Dursun oğlu 1975-ci ildə Bakı şəhərində doğulub, boya-başa çatıb. 2005-ci ildən Rusiyanın Orenburq şəhərində yaşayır. Diaspor işi ilə yanaşı, xeyriyyəçilik də edir. Orenburqda Azərbaycan həqiqətlərinin təbliğatçılarından biridir. Dəfələrlə sənət festivalları və idman tədbirləri təşkil edib. Bu da yerli əhali və rəsmilər tərəfindən yüksək qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir