Tatarıstan mediası Azərbaycan diasporunun təşkil etdiyi Norvruz bayramı tədbirindən yazıb

Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Leninoqorsk xəbərləri” qəzetində (http://leninogorsk-rt.ru/news/sobytie-nedeli/birlik-podaril-nezabyvaemyy-prazdnik) tatar və rus dillərində Azərbaycan diasporunun təşkil etdiyi Norvruz bayramı tədbiri haqqında məlumat dərc olunub. Qeyd edək ki, bayram tədbiri Leninoqorsk şəhərində fəaliyyət göstərən “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Ramiz Məmmədov tərəfindən şəhərin Mədəniyyət Sarayında təşkil edilib.

Yazıda qədim zamanlardan Novruz bayramının türk xalqları tərəfindən geniş şəkildə qeyd edildiyi bildirilir: “Bu bayram tarixi çərçivəni inamla aşıb və mehriban qonşuluqda yaşayan bir çox millətlərin birlik gününə çevirilib. Bunun sübutu Leninqorskda keçirilən Novruz şənliyi idi.

Novruz üçün xüsusi bir atmosfer var, bu, çoxəsrlik maraqlı ənənələri olan bir bayramdır. Konsertdən əvvəl foyedə öz mədəniyyətlərinin zənginliyini Leninqorskdakı Azərbaycan, Tacikistan, Özbəkistan və tatar milli-mədəni muxtariyyətləri sərgiləyiblər. Azərbaycan paxlavası və şəkərburasının ətirləri qarşısında duruş gətirmək mümkün deyildi!

“Bizim milli şirniyyatlarımız-balla, qozla hazırlanır. Evimizdə xüsusi olaraq bayrama cücərtdiyimiz buğda səmənisi isə qarşıdan gələn ilin bolluğunun və firavanlığını simvoludur”-deyə İlhamə Məmmədova öz xalqının qoruyub saxladığı ənənələrdən danışıb”.

Xəbərdə qeyd olunur ki, dörd diasporun bayram qonaqlarını Leninoqorsk şəhərinin meri Ryaqat Hüsainov böyük maraqla izləyib: “O, Novruzla bağlı hazırlanmış Azərbaycan sərgisi qarşısında daha çox dayanıb və yumurta döyüşdürülməsi yarışında iştirak edib. Əfsanəyə görə, kimin yumurtası qalib olarsa, o uğur bütün gələn ili onu tərk etməyəcək.

Xatıladaq ki, Novruzun qeyd edilməsi ənənəsini leninoqorsklulara məhz “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin üzvləri öyrədiblər. Yaz bayramının hazırlanması və keçirilməsində onlar ən fəaldırlar. Hər şey sevgi, sayğı ilə edilir-kostyumlar tikilir, milli yeməklər hazırlanır, səməni cücərdilir, yumurta rənglənir. Bütün bunlar Azərbaycan xalqının zəngin mədəniyyət nümunələridir.

Milli geyimli balaca qızlar qonaqları heyran etdi. Gənc azərbaycanlılar öz mənəvi irsini — mahnılarını, şerlərini, nağıllarını kiçik yaşlarından öyrənir və təbliğ edirlər. Balacalar səmimi, ürəkdən sevdiyi Azərbaycan haqqında şeirlər söylədilər. Salondakılar onları böyük sevinclə alqışladılar”.

Yazıda “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Ramiz Məmmədovun dəvəti və dəstəyi ilə Azərbaycandan gələn peşəkar musiqiçilərin tədbiri daha da şənləndirdiyi vurğulanıb: “Bayramın xüsusi qonağı Azərbaycan müğənnisi, beynəlxalq müsabiqələr laureatı Asif Əliyev, Azərbaycan Respublikasından dəvət olanan “Xəyal” ansamblı olmuşdur.

Yaz bayramı Leninoqorskda ənənəvi olaraq bütün millətlərin nümayəndələrini birləşdirir. Ona görə də Novruzu bütün leninoqorsklular gözləyir. Üstəlik, o, ildən-ilə “Birlik” Azərbaycan Milli-Mədəni Muxtariyyəti sayəsində daha parlaq, zəngin və miqyaslı olur. Leninoqorsk şəhərinin meri Ryaqat Hüsainovun qeyd etdiyi kimi, bahar bayramı hər şeydən əvvəl xalqların dostluğunu, sülh içində yaşamağını həmrəylik, hörmət və məhəbbətdə simvollaşdırır”. Yazıda tədbir iştirakçılarından bir neçəsinin bayram təəssüratları da qeyd olunub.

Xatırladaq ki, eyni yazı Tatarıstanın “Zamanın nəbzi” qəzetində də dərc olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir