Nərimanov Rayon İcra Hakimiyyətində şəhid ailələrinə diqqət göstərilir

Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən davamlı olaraq Milli Qəhrəman və şəhid ailələrinə diqqət göstərilir. Bu istiqamətdə vətəndaş cəmiyyəti ilə də əməkdaşlıq çərçivəsində təbliğat aparılır. Martın 2-də Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədovla görüşərək 2021-ci ildə Milli Qəhrəmanların, Vətən müharibəsi iştirakçılarının və şəhidlərin təbliği istiqamətində birgə keçiriləcək tədbirləri müzakirə ediblər. Görüşdə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə də iştirak edib.     

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova şəhid və Milli Qəhrəman ailələrinə daimi olaraq diqqət və qayğı göstərildiyini bildirib. O qeyd edib ki, hazırda dünya azərbaycanlıları Prezident İlham Əliyevin ətrafında toplaşıb. Öz növbəsində Ədhəm Məmmədov vətən uğurunda şəhid olan soydaşlarımızın təbliğ edilməsinin vəzifə borcları olduğunu deyib.
Görüşdə xaricdəki soydaşlarımızla da birgə həyata keçiriləcək perspektiv layihələr haqqında danışılıb. Sonda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə “Azərbaycançılıq ideyası – dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitabını Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudovaya təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir