Türkiyə, Azərbaycan və Türkmənistan XİN başçılarının növbəti görüşünün keçiriləcəyi yer açıqlanıb

Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyi yer müəyyənləşib. “YeniMedia”nın məlumatına görə, bu barədə Ankarada xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşündə razılıq əldə edilib.

Belə ki, tərəflər növbəti görüşün Türkmənistanda keçirilməsinə razılıqlarını bildiriblər. Görüşün tarixi diplomatik kanallarla razılaşdırılacaq.

Qeyd edək ki, fevralın 23-də Türkiyə xarici işlər naziri cənab Mevlüt Çavuşoğlunun dəvəti və Azərbaycan xarici işlər naziri cənab Ceyhun Bayramov və Nazirlər Kabineti sədrinin müavini, Türkmənistan xarici işlər naziri Rəşid Meredovun iştirakı ilə Ankara şəhərində xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir