Yaponiya baş naziri oğluna görə üzr istəyib

Yaponiyanın Baş naziri Yosihide Suqa bazar ertəsi parlamentdə keçirilən debatlarda “Tohokushinsha Film” prodüser şirkətinin əməkdaşı olan oğlu Seiqo Suqanın Daxili İşlər və Rabitə Nazirliyinin nümayəndələri ilə nahara qatıldığına görə üzr istəyib.

Bu barədə TASS xəbər verir.

“Oğlumun məmurların davranış qaydalarını pozduğu hərəkətlərə qarışdığına görə üzr istəyirəm. Ancaq onu da bilməyinizi istəyirəm ki, heç vaxt oğlumun işini onunla müzakirə etməmişəm”, – o deyib.

“Kyodo” agentliyinin məlumatına görə, Seiqo Suqa və həmkarları 2020-ci ildə nazirliyin azı 11 nümayəndəsi ilə birgə nahar edib və sonda hesabı ödəyiblər. Daxili İşlər və Rabitə Nazirliyi isə “Tohokushinsha Film” kimi prodüser şirkətləri üçün tələb olunan yayım lisenziyalarını verir.

Beləliklə, məmurlar faktiki olaraq maraqlı tərəflərdən hədiyyə almağı qadağan edən davranış qaydalarını pozublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir