“McDonald’s” İsveçdə bərbərxana açdı

“McDonald’s”ın İsveç bölməsi Stokholm şəhərində ilk dəfə olaraq bərbərxana açıb.

Bu barədə “YeniMedia” “Fox News”a istinadən xəbər verir.

Telekanalın məlumatına görə, bərbərxanada müştərilərin saçlarını “McDonald’s”ın loqotipini xatırladan forma üzrə kəsirlər. Söhbət ötən əsrin 90-cı illərinin saç düzümündən gedir, həmin vaxtlar futbolçu Devid Bekhem və aktyor Leonardo Di Kaprio da saçlarını bu formada kəsirdilər.

“McDonald’s” bərbərxanasında bu saç düzümü “Golden M” adını alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir