“Ukraynanın Beynəlxalq Hava Yolları” aviaşirkəti Bakı-Kiyev marşrutu üzrə 3 çarter reysi yerinə yetirəcək.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, uçuşlar dekabrın 14-dən 28-dək həftədə bir dəfə, bazar ertəsi günləri həyata keçiriləcək.
Reyslərə Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalında xidmət göstəriləcək.
Qeyd edilən çarter reysləri yalnız Ukrayna vətəndaşlığı və ya bu ölkəyə giriş hüququ olan, həmçinin COVID-19 testindən keçərək mənfi nəticə əldə edən sərnişinlərin daşınması üçün nəzərdə tutulub.