Yanvar-oktyabr ayında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 660 milyon dollara yaxın olub

Yanvar-oktyabr ayında Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 660 milyon dollara yaxın olub. Yanvar-oktyabr aylarında Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının dəyəri 660 milyon dollara yaxın olub. Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 10 ayda Azərbaycan bu ölkəyə 313,5 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 346,3 milyon dollar olub.

Qeyd edək ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir. Keçən il Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 808 milyon dollara çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir