Azərbaycanla Moldovanın ticarət dövriyyəsi 6,5 milyon dollara çatıb

Yanvar-oktyabr aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 6,5 milyon dollar təşkil edib. Bu barədə Moldovanın Milli Statistika Bürosu məlumat yayıb. Bildirilir ki, 10 ay ərzində ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 2,8 milyon dolları ötüb. Azərbaycandan Moldovaya isə 3,7 milyon dollar dəyərində məhsul ixrac olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir