“Ekoturizm imkanlarımızı təbliğ üçün bölgələrin potensialını ətraflı öyrənmək lazımdır”

Sosioloq Zəminə Səfərova: “İnternet şəbəkəsi imkanlarından istifadə edərək bölgələrdəki şəhər,kənd,qəsəbələr haqqında müvafiq məlumatlar toplanmalıdır”

 

 

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Azərbaycanın ekoturizm potensialının sosial və internet mediada təbliği” layihəsini icra edir. Layihənin həyata keçirilməsində məqsəd Azərbaycanda turizmin ümumi inkişafı kontekstində ölkə ekoturizminin rentabelli olmasına xidmət edəcək yeni ideyaların ortaya çıxmasına, ekoturizm təşəbbüslərinin artmasına, ekoturizm potensialımızın dünyada təbliğinə töhfə verməkdir. Layihə çərçivəsində ekoturizmin sosial və internet mediada təbliğinə aid yazılar, ekspertlərlə müsahibələr hazırlanır və “Yenimedia.info” saytında yerləşdirilir.

Bu sıradan növbəti yazını – ekoturizmin inkişafı və təbliğinə sosioloji yanaşması maraq doğuran sosioloq Zəminə Səfərova ilə müsahibəni təqdim edirik.

 

  • Öncə özünüz haqqında məlumat verərdiniz.
  • Füzuli rayonunda anadan olmuşam,1988-ci ildə Az.İnşaat Mühəndisləri İntitutunun Meliorasiya fakultəsini bitirmişəm,ailəliyəm iki övladım var. 1998-ci ildən QHT sektorunda,Vətəndaş Cəmiyyətində aktiv fəaliyyət göstərirəm. 8 il BMT-nin Miqrantlar Mərkəzinin rəhbəri işləmişəm. Dövlət Dəstəyi Şurasının, Nazirliklərin və Beynəlxalq –Yerli təşkilatların layihələrində müxtəlif mövzularda (əsasən də bütün işğal olunmuş rayonların məcburi köçkün əhalisi ilə) Bakı və regionlarda layihə rəhbəri kimi uğurlu layihələr həyata keçirmişəm. Şuranın bir çox aksiyalarında fəal olmuşam və xeyriyyəçiliklər etmişəm.Qarabağda 450 uşağın sünnət mərasimi aksiyasında təşkilatçısı olmuşam. Hazırda Beynəlxalq Avrasiya Mətbuat Fondunda Proqram Departamentində çalışıram.
  • Azərbaycanın ayrı-ayrı bölgələrinin fərqli ekoturizm potensialı var. Onların ayrılıqda yerli və xarici turistlərə sosial və intefrnet mediada təbliği ilə bağlı hansı təklifləriniz ola bilər?
  • Bu yöndə təkliflərimiz qısaca olaraq aşağıdakı kimi qruplaşdıra bilərəm:
  • İlk növbədə, həmin bölgələrlə bağlı sorğuların aparılması;
  • İnternet şəbəkəsi imkanlarından istifadə edərək insanlara müraciət edərək yaşadıqları şəhər,kənd,qəsəbələr haqqında məlumatların toplanması;
  • Yaşadığı ərazi barədə məlumat
  • Yaşadığı ərazidə maraqlı təbiət və tarixi abidələr haqqında məlumat
  • Yaşadığı ərazi hansı təsərrüfatla məşgüldur
  • Yaşadığı ərazinin tarixi,təbiət obyektinin tarixi (hansı dövrlərə-tarixə aiddir, bu barədə hər-hansı elmi məlumat varmı?
  • Yaşadığı məntəqənin adı (bu adın yaranma tarixçəsi) rəvayət,əfsanə
  • Bu ərazi ilə bağlı nə vaxtsa baş vermiş maraqlı hadisə haqqında (qısaca təsviri ). Yaşadığı ərazidə hansı növ təsərrüfatla məşğul olmaq perspektivlidir. Məsələn: ekoturizm,fermer turizmi,ov turizmi,balıqçılıq,ovçuluq və s. Və təbiəti,Toplanmış məlumatları araşdıraraq sorğu aparılmış hər bir məntəqə barədə nəticələr çıxarmaq—yerli əhəmiyyətli və beynəlxalq əhəmiyyətli.
  • İşğal olunmuş ərazilərimizdə ekoturistik məkanlarla bağlı dünyanın turizm ictimaiyyətinmin yeni media vasitəösilə məlumnatlandırılmasında hansı işlər görülməlidir?
  • İşğal olunmuş ərazilərdə hələlik ekoturistik məkanlar haqqında danışmaq çox tezdir. Lakin rayon, kənd,qəsəbə sakinlərindən, eləcə də yaşadıqları ərazinin ağsaqqallarından,ziyalılarından,təhsil işçilərindən,tarixçilərdən,muzey işçilərindən maraqlı məlumatlar toplamaq olar. Bəzi rayonlar haqqında rayon yazarlarının kitabları da dərc edilib,əyani vəsait kimi həmin mənbələrdən də istifadə etmək mümkün ola bilər. Yalnız media vasitəsilə yerli insanlardan (yaşlı nəsillərdən) həmin yaşadıqları rayon,kənd,qəsəbə haqqında bütün məlumatları toplamaq və məlumatlandırmaq olar. Faktlara əsaslanan – fotoşəkillər,videoçarxlar,ekologiyası,suyu,havası, torpağı, təbiəti,faydalı bitkiləri və müalicəvi bulaqları,çayları-şəlalələri və s. haqqında təsdiq edilmiş sənədlərlə məlumatlar toplamaq və təhlükəsizliyi təsdiq edilən sənədlərin təqdim edilməsi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir