Qazaxıstan və Azərbaycan tibbi turizm sahəsində əməkdaşlığı gücləndirirlər

Qazaxıstanın Milli Kurort Assosiasiyası bu ölkənin Azərbaycandakı səfirliyinin köməyi ilə səhiyyə sahəsində ikitərəfli əlaqələrin daha da inkişafı üçün Azərbaycan Milli Elmlər Akademiyasının A.Qarayev adına Fiziologiya İnstitutu və Naxçıvan Muxtar Respublikasındakı “Duzdağ” Fizioloji Mərkəzi ilə əməkdaşlıq və qarşılıqlı əlaqə memorandumları imzalayıb.

Bu barədə Qazaxıstanın “Kazinform” saytı məlumat yayıb.

Memorandumların məqsədi tibbi turizm, sanatoriya-kurort müalicəsi, yeni biotibbi texnologiyalar və biotibbi tədqiqatlar sahəsində təcrübə mübadiləsi, səhiyyənin yaxşılaşdırılması sahəsində birgə layihələr və təlim proqramları sahəsində əməkdaşlığın inkişaf etdirilməsidir.

Bundan əlavə, imzalanmış sənədlər iki ölkənin sanatoriyalarında tibbi prosedurlara gedən Qazaxıstan və Azərbaycan arasında qarşılıqlı turist axınının artmasına kömək edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir