Azərbaycan Kubada səfirlik təsis edir

Azərbaycanın Kubada yeni səfirliyi təsis edilir.  Azərbaycan Respublikasının Kuba Respubikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanunu layihəsi barədə məsələ parlamentin sentyabrın 30-da keçiriləcək iclasının gündəliyinə daxil edilib. Səfirlik Kubanın paytaxtı Havana şəhərində olacaq. Qeyd edək ki, indiyə qədər Azərbaycan Kubada diplomatik nümayəndəliklə təmsil olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir