Qubanın barlı-bəhrəli meyvə bağları 

Qubanın meyvə bağlarında məhsul yığımının qızğın çağıdır. Hazırda təsərrüfatçılar bağlardan şaftalı, gavalı və almanın tezyetişən sortlarının məhsulunu toplayırlar. Rayonda, ümumilikdə, 17 min hektardan çox meyvə bağı var ki, bunun da 13 min 800 hektarında alma yetişdirilir. Ötən il alma bağlarından 117 min 800 ton məhsul toplanılıb. Meyvə yığımının bir sıra çətinlikləri olsa da, zəhmətinin bəhrəsini görən təsərrüfatçıların üzü gülür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir