Rusiyanın 7 aviaşirkəti Türkiyəyə uçuşları bərpa etmək istəyir

Rusiyada fəaliyyət göstərən 7 aviaşirkət avqustun 10-dan Türkiyəyə uçuşları bərpa etməyi planlaşdırır. “YeniMedia” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyindən (Rosavisiya) bildirilib.

Xatırladaq ki, həmin tarixdən Türkiyənin Antalya, Bodrum və Dalaman şəhərlərinə uçuşlara tətbiq edilmiş qadağalar rəsmən aradan qaldırılacaq. Aviareysləri bərpa etmək istəyənlər S7, “Ural Hava Yolları”, “ Royal Flight”, “Severnıy veter”, “Azur Air”, “Rusiya” və “iFly” şirkətləridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir