İsmayıllıdakı dayanacaqdan hamı istəyir

Smart tipli Günəş enerjisi ilə işləyən elektrik dayanacaq artıq İsmayıllı şəhərində quraşdırılıb. Dayanacağın necə göründüyünü videomuzda izləyin.

Smart tipli Günəş enerjisi ilə işləyən elektrik dayanacaq artıq Azәrbaycana gətirilib. İsmayıllı şəhərinin mərkəzindəki parkın yaxınlığında quraşdırılıb. Dayanacaq ödənişsiz Wi-Fi, USB enerji portları, tәhlükәsizlik kameraları, dezinfeksiya duşu, müxtəlif içki vә şirniyyatlardan ibarət satış aparatı və 8 oturacaqla təchiz edilib. Həmçinin 2 smart oturacaq gətirilib, 11 ədəd işıq dirəyi də quraşdırılır. Rayonun magistral avtomobil yolları üçün 10 metrdən yüksək işıq dirəkləri həm Günəş, həm də külək enerjisi ilə işləyəcək.

Sözügedən bütün smart texnologiyaları istehsal edən zavodun İsmayıllıda tikilməsi, məhsulların bütün ölkəyə yayılması da gələcək üçün planlaşdırılır.

Read more: https://sputnik.az/video/20200727/424537587/ismayillida-smart-dayanacaq-video.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir