Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzi tələbə qəbulu elan edir

Sumqayıt Kimya Sənaye Parkının Peşə Təhsil Mərkəzi 2020/2021-ci tədris ili üçün torna və frezer dəzgahların operatoru, proqramla idarə olunan dəzgahların operatoru, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, sənayedə quraşdırma işləri üzrə usta, veb-dizayner və proqram təminatçısı üzrə tələbə qəbulu elan edir. Nazirliyin mətbuat xidmətindən “YeniMedia”ya bildirilib ki, təhsil müddəti 1 ildir. Qəbul müsahibə yolu ilə həyata keçiriləcək. Müsahibədə tam orta təhsilli şəxslər iştirak edə bilərlər.

Sənədlərin qəbulu avqustun 15-dək Elektron qəbul sistemi (https://bit.ly/300YIef) vasitəsilə aparılacaq.

Əlavə məlumat üçün: telefon: +994 12 488 80 65 (daxili 700 və 112); e-poçt: ptm@economy.gov.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir