“Microsoft”un gəlirləri 13% artıb

Bu ilin II rübündə ABŞ-ın texnologiya nəhəngi “Microsoft” şirkətinin əməliyyat gəlirləri illik müqayisədə 13% artaraq 38 milyard ABŞ dollarını keçib. “YeniMedia” bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, koronavirus (COVID-19) pandemiyasına baxmayaraq, “Microsoft”un gəlirlərinin artması onun əsasən bulud və məsafədən iş texnologiyalarını inkişaf etdirməsi ilə bağlıdır. Belə ki, hesabat dövründə şirkətin məhsuldarlıq və iş prosesləri bölməsinin gəlirləri 6% artaraq 11,8 milyard ABŞ dolları, “ağıllı bulud” bölməsinin gəlirləri 17% artaraq 13,4 milyard ABŞ dolları, fərdi kompüter satışı bölməsinin gəlirləri isə 14% artaraq 12,9 milyard ABŞ dolları olub. Son 1 ildə “Microsoft”un əməliyyat xərcləri də 13% artıb. Xatırladaq ki, bir qədər əvvəl şirkət xərclərini azaltmaq üçün 83 mağazasını bağlamaq və 450 milyon ABŞ dollarına qənaət etmək barədə planlar açıqlamışdı. “Son 5 ay göstərdi ki, texnologiya intensivliyi iş rahatlığının açarıdır. Öz rəqəmsal bazalarını quran qurumlar sürətlə bərpa olunacaq və bu böhrandan daha güclü şəkildə çıxacaqlar”,- “Microsoft”un CEO-su Satya Nadella bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir